MİQ müsabiqəsinin keçiriləcəyi vaxt açıqlandı

11:53 - 16 Fevral 2022

MİQ müsabiqəsinin keçiriləcəyi vaxt açıqlandı

“Ötən il müəllimlərin işə qəbulu müsabiqəsi üçün 8 minə yaxın vakansiya elan etmişdik. Amma daha sonra tədris ili ərzində əlavə 5 minə yaxın yer elan edildi”.

 

Manset.az xəbər verir ki, bunu "Müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında yeniliklər" mövzusunda keçirilən onlayn brifinqdə Eşqi Bağırov bildirib. Onun sözlərinə görə, ümumilikdə 13 minə yaxın vakansiya elan olunmuşdu:

“Bu il də təxminən eyni sayda vakant yerlər elan ediləcək. Düşünürük ki, bu artım dinamikası davam edəcək”.

MİQ müsabiqəsinin nə vaxt keçirilməsi məsələsinə gəldikdə isə o qeyd edib ki, bu il də MİQ müsabiqəsi ənənəvi olaraq iyul ayında keçiriləcək və avqust ayına qədər davam edəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az