Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın ərazisində ov edən şəxs saxlanılıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova Manset.az-a bildirib ki, araşdırma zamanı qanun pozucusunun Masallı rayon sakini Elmidar Orucov olduğu müəyyən edilib.
“Faktla bağlı təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlər görülüb”.