Nazir: "Şagirdlərdən telefonların yığılması müzakirə edilmir"

14:17 - 18 Fevral 2022

Nazir: \"Şagirdlərdən telefonların yığılması müzakirə edilmir\"

"Şagirdlərdən mobil telefonların yığılması daxili qaydalarla tənzimlənir".

 

Manset.ax xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Emin Əmrullayev bildirib. O deyib ki, bunun mərkəzləşmiş bir qərarla tənzimlənməsini düzgün hesab etmir:

"Telefon müəyyən mənada şagirdə lazımdır, valideyni ilə əlaqə saxlayır. Hazırda şagirdlərin dərs prosesi zamanı telefonlarının yığılması mərkəzləşmiş qaydada müzakirə edilmir. Amma ayrı-ayrı məktəblərdə bu səlahiyyət var və icra edə bilirlərsə, mən bunu mümkün hesab edirəm" - nazir qeyd edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az