Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının ekspertləri bəşəriyyət üçün əsas təhlükələri açıqlayıblar.
Manset.az xəbər verir ki, müvafiq hesabat qurumun saytında dərc olunub.
BMT mütəxəssisləri hesab ediblər ki, genişmiqyaslı meşə yanğınları və səs çirklənməsi bəşəriyyətin qarşısında dayanan ən ciddi təhlükədir. Sözügedən hadisələrin insan sağlamlığına və ətraf mühitə əhəmiyyətli dərəcədə mənfi təsir göstərdiyi qeyd olunur.