Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir.
Manset.az APA-ya istinadən xəbər verir ki, polis əməkdaşlarının keçiridikləri əməliyyat tədbirləri nəticəsində fevralın 19-da və 20-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 2 ədəd ov tüfəngi götürülüb.
Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 3 silah könüllü olaraq polisə təhvil verilib.
Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.