Şikayət araşdırıldı

15:33 - 21 Fevral 2022

Şikayət araşdırıldı

Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə 313 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

 

Xidmət rəsmisi Fərid Piriyev Manset.az-a bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə “SAS İnşaat” MTK tərəfindən tikinti işlərinin aparıldığı, lakin ağac kəsintisi faktının olmadığı müəyyən edilib. 

“Ərazidəki 23 ağac isə qeydiyyata alınaraq qorunub saxlanılması məqsədilə MTK-nın məsul şəxsi Zaur Nemətova təhvil verilib”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az