Bu şəxslərin əməkhaqlarına əlavənin müddəti UZADILDI

19:38 - 22 Fevral 2022

Bu şəxslərin əməkhaqlarına əlavənin müddəti UZADILDI

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi uzadılıb.

Manşet.az xəbər verir ki, bu barədə müvafiq sənədi Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin verilməsi 2022-ci il martın 1-dək uzadılıb. Əvvəl bu müddət 2022-ci il yanvarın 1-dək idi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az