Qanunsuz balıq ovlayan şəxs cəzalandırıldı

14:51 - 23 Fevral 2022

Qanunsuz balıq ovlayan şəxs cəzalandırıldı

Qızılağac Milli Parkının və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı parkın ərazisində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

 

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva Manset.az-a bildirib ki, araşdırma zamanı brakonyerin Masallı rayon sakini Malik Qafarov olduğu müəyyən edilib və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

“Hazırda Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Polis Şöbəsi tərəfindən təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün araşdırma aparılır”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az