Vaksinasiya ilə bağlı son vəziyyət

18:41 - 25 Fevral 2022

Vaksinasiya ilə bağlı son vəziyyət

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 29 830 vaksin vurulub.

Manşet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 042, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 525, 3 dəfə və daha çox vaksinasiya olunanların sayı 24 771 olub. Pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 1 492 olub.

Vurulan vaksinlərin ümumi sayı 12 926 683, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 295 050, ikinci mərhələ üzrə 4 781 711 nəfər təşkil edir. Bundan başqa, 3 və daha çox doza vaksinasiya olunanların ümumi sayı 2 648 544 nəfər, pozitiv nəticədən sonra “buster” doza ilə vaksinasiya olunanların ümumi sayı 201 233 nəfər təşkil edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az