"Bu gün saat 17:00-da paytaxtda Xocalı soyqırımı qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək".
Bunu Manset.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli deyib.
O bildirib ki, bu məqsədlə avtomobil yollarındada hərəkət dayanacaq.