BMT-dən XƏBƏRDARLIQ: Milyardlarla insanın həyatı təhlükədədir

17:25 - 28 Fevral 2022

BMT-dən XƏBƏRDARLIQ: Milyardlarla insanın həyatı təhlükədədir

Birləşmiş Millətlər Təşkilatında (BMT) İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel (IPCC) iqlim dəyişikliyinin dağıdıcı təsirlərinin artdığını və milyardlarla insanın bu təsirlərdən risk altında olduğunu açıqlayıb.

 

Manset.az xəbər verir ki, IPCC-nin hesabatına görə, iqlim dəyişikliyinə uyğunlaşma sahəsində investisiyalar və inkişaflar artan risklərin qarşısını almaq üçün kifayət deyil. Atılan və lazım olan addımlar arasında uçurum getdikcə dərinləşir və bu uçurum xüsusilə aşağı gəlirli cəmiyyətlərdə daha çox hiss olunur.

Bu kontekstdə deqradasiyaya uğramış ekosistemləri ədalətli və effektiv şəkildə bərpa etmək üçün iqlimə uyğunlaşma investisiyaları sürətləndirilməlidir.

Qarşıdakı 20 ildə qlobal temperatur artımının 1,5 dərəcəyə çatması ilə dünya bir çox qaçılmaz iqlim təhlükələri ilə qarşı-qarşıyadır. Hətta 1,5 dərəcə həddini qısa müddətə aşmaq geri dönməz nəticələr göstərə bilər. Dünya əhalisinin yarısının yaşadığı şəhərlər iqlim dəyişikliyinin təsirləri və riskləri qarşısında qaynar nöqtələr kimi seçilir.

İqlim dəyişikliyi qlobal problem olsa da, iqlim dəyişikliyinə qarşı tam fəaliyyət göstərməyə vaxtın qalmadığı, eyni zamanda yerli həll yollarının yaradılması və region xalqlarının inteqrasiyasının zəruri olduğu bildirilir.

BMT-nin baş katibi Antonio Quterreş hesabatı şərh edərkən "Hazırda bəşəriyyətin yarısı təhlükəli zonada yaşayır. Qlobal temperatur artımını 1,5 dərəcə ilə məhdudlaşdırmağımız həyati əhəmiyyət kəsb edir. Elm bizə deyir ki, buna nail olmaq üçün 2030-cu ilə və 2050-ci ilə qədər emissiyaları 45 faiz azaltmaq lazımdır.

Təxirə salmaq ölüm deməkdir. Biz bunu mümkün qədər sıfır səviyyəyə endirməliyik, lakin indiki öhdəliklər çərçivəsində qlobal emissiyalar 10 ildən sonra 14 faiz artacaq" deyə qeyd edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az