Od çərşənbəsi – Novruz Bayramının ikinci çərşənbəsi

13:01 - 01 Mart 2022

Od çərşənbəsi – Novruz Bayramının ikinci çərşənbəsi

Od çərşənbəsinin yaxınlaşması həmişə havanın istiləşməsindən xəbər verir. 

 

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Manset.az-a bildirib ki, builki  Od çərşənbəsinin səhər saatlarından müşahidə edilən çiskinli yağış havanı təmizləyib, oksigenlə zənginləşdirib. Nisbətən yüksək atmosfer təzyiqi fonunda mülayim sakit yaz havası meteohəssas insanlar üçün əlverişli olub.

“Havanın maksimal temperaturu bu gün günorta saatlarında 14 dərəcəyə yaxınlaşaraq iqlim normasından yüksək temperatur rejiminin davam etməsinə “dəstək” verəcək. Müqayisə üçün bildirim ki, keçən il Od çərşənbəsində temperatur iqlim normasından 1 dərəcə aşağı olub. Son 10 ildə Bakıda və Abşeron yarımadasında od çərşənbəsində ən yüksək temperatur  2014-cü ildə 16.4  dərəcə isti,  ən aşağı temperatur isə 2019-cu ildə 2 dərəcə isti qeydə alınıb”.

G.Məmmədovanın sözlərinə görə, Od çərşənbəsində ən çox yağıntı   2020-ci ildə müşahidə edilib.  Düşən yağıntının miqdarı Sumqayıtda 12 mm-ə çatıb.

 Od çərşənbəniz Mübarək!


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az