“Türkiyə və Azərbaycanın birgə universitetinin yaradılması ilə bağlı iş gedir”.
Manset.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev ötən gün təsdiq olunan “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” ilə əlaqədar keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, hazırda bununla bağlı türkiyəli həmkarlarla müzakirələr gedir: “Çox ümid edirik ki, bu il olmasa, gələn il tələbələri qəbul edəcəyik. Artıq yaxın həftələrdə bununla bağlı nümayəndə heyəti Türkiyəyə səfər edəcək”.