Paytaxt bazarlarında kiloqramı 500 AZN-ə satılan meyvə - VİDEO

16:12 - 02 Mart 2022

Paytaxt bazarlarında kiloqramı 500 AZN-ə satılan meyvə - VİDEO

Meyvə və tərəvəzlər orqanizm üçün ən faydalı vitamin mənbəyidir. Mövsümlə əlaqədar qiymətləri baha olsa da, hər kəs paytaxt bazarlarına üz tutaraq meyvə alır. Alıcılara təqdim edilən məhsullar arasında elələri var ki, onlar od qiymətinədirlər. Belə meyvələrin qiymtəi 80-500 AZN aralığında dəyişir.

 

Manset.az "XƏZƏR Tv"yə istinadən xəbər verir ki, hazırda paytaxt bazarlarında 1 kiloqram alçanın qiyməti 500 manatdır. Lakin bu meyvəni öz mövsümündə 2-3 manata əldə etmək olur.

Bazarlarda baha qiymətə satılan təkcə alça deyil. Kiloqramı 70-80 manata satılan üzüm sortları da var. Satıcılar deyir ki, bu cür meyvələr xaricdən gətirilir. Buna görə də onalrın qiyməti bahadır. Lakin istixanalarda yetişdirilən meyvələrin qiyməti də o birilədən geri qalmır.

Ətraflı videoda:


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az