Dumanlı hava şəraiti bu tarixədək davam edəcək

11:35 - 03 Mart 2022

Dumanlı hava şəraiti bu tarixədək davam edəcək

Hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur. 

 

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Manset.az-a bildirib ki, duman sinoptik  şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir. 

“Xəzər dənizindən cənub-şərq axınları ilə rütubətli hava kütlələrinin quruya doğru hərəkəti  və inversiya qatı  dumanın  əmələ gəlməsinə  səbəb olub”.  
     
G.Məmmədovanın sözlərinə görə, Naftalan, Şəmkir, Daşkəsən, Göygöl, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaçmaz, Xaltan, Yevlax, Göyçay, Sabirabad, Hacıqabul, İmişli, Cəfərxan, Salyan, Neftçala, Biləsuvar, Lənkəran, Lerik, Astara, Ağdam, Bakı və Abşeron yarımadasında görünüş  50-500 metrədək məhdudlaşıb. 

“Ölkə ərazisində dumanlı hava şəraiti martın 4-ü səhərədək davam edəcək”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az