“Azərişıq”  Xaçmaz rayonunda yenidənqurma işlərinə başladı- FOTOLAR

20:29 - 03 Mart 2022

“Azərişıq”  Xaçmaz rayonunda yenidənqurma işlərinə başladı- FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olaraq əhalinin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması istiqamətində qarşıya qoyulan tədbirlərin icrası uğurla davam edir.

Manşet.az xəbər verir ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Xaçmaz rayonunda aparılan yenidənqurma işləri deyilənlərin bariz nümunəsidir. Son günlər rayonda elektrik təsərrüfatının yenilənməsi istiqamətində işlər daha da sürətləndirilib. 2021-2022 ci illərdə 5 kənddə  köhnə transformator məntəqələri, yararsız kabellər, çürümüş ağac dayaqlar və sayğaclar yeniləri ilə əvəz olunub. Hazırda bu istiqamətdə işlər Xaçmaz şəhərinin müxtəlif ərazilərində eləcədə Həsənqala, Yergüc, Armudpadar, Üçgünqışlaq, Sərkərli, Əhmədoba, Yaquboba, Yeni Həyat və digər kəndlərdə davam etdirilir. 

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Milli Məclisin deputatı Sevil Mikayılova və “Azərişıq” ASC-nin sədrinin baş müşaviri Toğrul Rəhimov Həsənqala kəndində aparılan yenidənqurma işləri ilə tanış olub.  “Yeni kəndlər” layihəsi çərçivəsində “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Xaçmaz rayonunda görüləcək işlər barədə məlumat verilib. Qeyd olunub ki, ilin sonunadək Xaçmaz rayonunda ilkin mərhələdə 25 yaşayış məntəqəsində elektrik təsərrüüfatı yenidən qurulacaq. 

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərlə söhbət zamanı bildirib ki, yaşayış məntəqələrində qaz, işıq və su ilə təchizatının yaxşılaşdırılması istiqamətində işlər bundan sonrada davam etdiriləcək.

 Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az