Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova sosial şəbəkələrdə və mediada barəsində yayılan məlumatlarla bağlı bəyanat yayıb.
Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, səfir hazırda Bakıdadır. O, səfirliyin qadın əməkdaşlarından və ailə üzvlərindən ibarət ümumilikdə 40 nəfər heyətlə bu gecə Bakıya gəlib. Səfir qeyd edib ki, həmin şəxsləri təxliyə etmək çox çətinliklə baş tutub.
Elmira Axundova eyni zamanda səhhəti ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib.
Bəyanatı bir qədər sonra geniş yayımlayacağıq.