Son sutkada vaksin olunanların vəziyyəti AÇIQLANDI

18:36 - 04 Mart 2022

Son sutkada vaksin olunanların vəziyyəti AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 28 427 vaksin vurulub.

Manşet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1627, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1717, 3 dəfə və daha çox vaksinasiya olunanların sayı 23 552 olub. Pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 1531 olub.

Vurulan vaksinlərin ümumi sayı 13 111 019, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 305 977, ikinci mərhələ üzrə 4 792 145 nəfər təşkil edir. Ümumilikdə 2 801 802 “buster” doza vurulub. Pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə dəyişməyib – 211 095.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az