Qadınlar günü məqsədi ilə fləşmob keçirmək QADAĞAN EDİLDİ

14:16 - 05 Mart 2022

Qadınlar günü məqsədi ilə fləşmob keçirmək QADAĞAN EDİLDİ

Bakıda 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı fləşmob keçirilməsi qadağan edilib.

Manşet.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev "Qafqazinfo"ya bildirib ki, pandemiya bağlı məhdudiyyətlər qüvvədədir: 

"Paytaxt ərazisində hansısa məzmunda, sayda fləşmobun təşkilinə və keçirilməsinə icazə verilmir. Xüsusi karantin rejim çərçivəsində kütləvi tədbirlərlə bağlı tətbiq edilən məhdudiyyətlər qüvvədədir".

Qeyd edək ki, martın 6-da “Ağ Şəhər” ərazisində bu mövzuda keçirilməsi planlaşdırılan 1200 nəfərlik fləşmob da artıq ləğv edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az