Onkoloji xəstəliklər niyə tibbi sığortaya daxil edilməyib? - CAVAB

19:13 - 07 Mart 2022

Onkoloji xəstəliklər niyə tibbi sığortaya daxil edilməyib? - CAVAB

Onkoloji yardımla bağlı tibbi xidmətin gələcəkdə Xidmətlər Zərfinə salınması nəzərdə tutulub.

Manşet.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, hazırda "Onkoloji yardım haqqında" Qanuna əsasən, onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir.

"Tibbi xidmət Səhiyyə Nazirliyinin tabeliyində olan müvafiq tibb müəssisəsi tərəfindən həyata keçirilir", - deyə əlavə edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az