Azərbaycanda "TURKOVAC" peyvəndinin sınaqlarına başlanılır

18:03 - 08 Mart 2022

Azərbaycanda \"TURKOVAC\" peyvəndinin sınaqlarına başlanılır

Azərbaycanda Türkiyənin istehsalı olan koronavirusa qarşı "TURKOVAC" peyvəndinin 3-cü faza sınaqları başlayır.

Manşet.az xəbər verir ki, sabah Türkiyə Sağlamlıq Qurumları İdarəsinin (TÜSEB) nümayəndə heyəti Bakıya gəlir.

Martın 9-da Azərbaycanla Türkiyə arasında protokol imzalanacaq və vaksinin klinik sınaqlarına başlanılacaq.

Qeyd edək ki, "TURKOVAC"ın Türkiyədən xaricdə ilk sınağı Azərbaycanda reallaşacaq.
 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az