Rusiya aviaşirkəti Azərbaycana uçuşları yenidən dayandırdı

18:14 - 08 Mart 2022

Rusiya aviaşirkəti Azərbaycana uçuşları yenidən dayandırdı

Rusiyanın "Uralskiye avialinii” şirkəti Azərbaycana uçuşları yenidən dayandırıb.

Manşet.az xəbər verir ki, şirkət martın 8-dən 26-dək Azərbaycana – Bakı, Gəncə və Lənkərana uçuşları dayandırıb.

Qeyd edək ki, m"Uralskiye avialinii” martın 5-də Azərbaycan, BƏƏ, İsrail və Ermənistana uçuşları ləğv etməsi barədə məlumat yayıb. Lakin sonradan Azərbaycan istiqamətində marşrutlar bərpa edilib. İndi Rusiyanın şəhərlərindən Azərbaycana birbaşa reyslər yenidən dayandırılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az