Son sutkada vaksin olunanların sayı AÇIQLANDI

18:52 - 09 Mart 2022

Son sutkada vaksin olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 63 vaksin vurulub.

Manşet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 0, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26, 3 dəfə və daha çox vaksinasiya olunanların sayı 29 olub. Pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 8 olub.

Vurulan vaksinlərin ümumi sayı 13 176 634, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 309 703, ikinci mərhələ üzrə 4 796 500 nəfər təşkil edir. Ümumilikdə 2 855 817 “buster” doza vurulub. Pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 214 614 olub. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az