Kəlbəcərdə dəmir yolu xətti çəkilir

19:44 - 09 Mart 2022

Kəlbəcərdə dəmir yolu xətti çəkilir

Kəlbəcər dəmiryolu xəttinin peyk vasitəsilə topoqrafiya planlaması işləri başa çatdırılıb.

Manşet.az APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında əksini tapıb.

Hesabatda qeyd edilib ki, 88,08 km uzunluğunda yolun konseptual layihəsi hazırlanıb və dəmiryolu xətti üzrə təxminən 220-ə yaxın süni mühəndis qurğuların, o cümlədən 26 körpünün, 3 tunelin, 3 viadukun, 14 avtomobil alt keçidinin, 4 üst keçidinin layihələndirilməsi və tikintisi nəzərdə tutulub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az