DİM və nazirlik sərt tənqid edildi: "Müsahibəni keçirirlər, amma dövlət qurumları gəncləri işə qəbul etmir"

13:10 - 11 Mart 2022

DİM və nazirlik sərt tənqid edildi: \"Müsahibəni keçirirlər, amma dövlət qurumları gəncləri işə qəbul etmir\"

Tanınmış təhsil eksperti Kamran Əsədov Dövlət İmtahan Mərkəzini (DİM) və Təhsil Nazirliyini sərt tənqid edib.

Manset.az xəbər verir ki, ekpert öz sosial şəbəkə hesabında bu barədə yazıb:

“Dövlət İmtahan Mərkəzi siz dövlət qulluğuna qəbul imtahanını niyə keçirirsiniz? İnsanlar borc-xərc tapıb imtahanda iştirak edir, testi keçir, müsahibəni keçirirlər, amma dövlət qurumları onları işə qəbul etmir.  Gənclər 2 il ehtiyat kadr siyahısında qalırlar, sorna da deyirlər ki, vaxtınız bitdi, sağ olun.  Əgər işə qəbul olunmaq üçün qurumların rəhbərliyinin qohumu, dostu, tanışı olmaq lazımdırsa, day insanları niyə narahat edib imtahan edirsiniz? Niyə Azərbaycan Respublikası Təhsil Nazirliyi nin təyinatlarında vakant yerlər görünmür? Kimlər bu qurumda dövlət qulluğu imtahanında iştirak etmədən müvafiq vəzifələri tuturlar? Nə qədər kimlərsə əvəzedici olub, başqasının yerini tutmalıdır? Niyə biz bilmirik ki, Təhsil nazirliyində neçə nəfər daimi necə nəfər əvəzedici, müqavilə ilə işləyir?”


 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az