Şahin Mustafayev: “Naxçıvana yolumuz qısalacaq”

20:27 - 11 Mart 2022

Şahin Mustafayev: “Naxçıvana yolumuz qısalacaq”

“Şərqi Zəngəzurdan İran ərazisindən keçməklə Naxçıvana 2 avtomobil yolu tikiləcək və bununla da, muxtar respublikaya yolumuz qısalacaq”.

Manşet.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanla İran arasında İqtisadi, Ticarət və Humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 15-ci iclasında Komissiyanın həmsədri, Baş nazirin müavini Şahin Mustafayev bildirib.

“Bu gün nəqliyyat sektorunda çox vacib Anlaşma Memorandumu imzaladıq. Söhbət yeni kommunikasiyaların yaradılmasından gedir”, - deyə o, qeyd edib.

Ş Mustafayev əlavə edib ki, iki ölkə arasında yeni dəmir yolu xəttinin tikintisi ilə bağlı 3 ay ərzində İşçi Qrup yaradılacaq. Bu İşçi Qrup dəmir yolu xətti ilə bağlı təkliflərini təqdim edəcək”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az