Bu qadın şəhid generalın adından istifadə edərək dələduzluq edir

20:33 - 12 Mart 2022

Bu qadın şəhid generalın adından istifadə edərək dələduzluq edir

Özünü şəhid general-mayor Polad Həşimovun bibisi kimi təqdim edən qadın dələduzluq edir.

Manşet.az xəbər verir ki, bu barədə şəhid generalın bacısı Kəmalə Həşimova öz sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, Səkinə adlı qadın özünü Polad Həşimovun bibisi kimi təqdim edir:

“Rəsmdə gördüyünüz bu qadın öz dediyinə görə əslən Gəncəli olsa da, Bakıda yaşayan Səkinədir. Başqa ziyarətçilər kimi evimizə gəlib rəsm də çəkdirib. Amma bu qadının bizim ailəmiz ilə heç bir qan bağı yoxdur. Hər yerdə Poladın bibisiyəm deyərək başqa məqsədlər üçün istifadə edir. Müxtəlif şirkətlərə gedərək yardım istəyir, pul yığır. Çox xahiş edirəm əgər bu adla kiməsə yaxınlaşarsa həddini bildirin. Mənim Fatma adında xanım-xatun bir bibim var. Çox qürurlu və məğrur bir qadındır. Belə dələduzlara fürsət verməyin”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az