Rövnəq Abdullayevin maşını qaydaları belə pozdu - FOTO

10:57 - 14 Mart 2022

Rövnəq Abdullayevin maşını qaydaları belə pozdu - FOTO

İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevə məxsus avtomobillə yol hərəkəti qaydası pozulub.

 

Manset.az Avtosfer-ə istinadən xəbər verir ki, 90-AA-999 qeydiyyat nişanlı "Mercedes Maybach" markalı avtomobilin sürücüsü martın 13-də paytaxtın Əhməd Rəcəbli küçəsində dayanma-durma qaydasını kobud şəkildə pozub.

Belə ki, sürücü həm avtobus zolağında, həm də avtobus dayanacağında avtomobili park edərək oradan uzaqlaşıb.

Qeyd edək ki, 90-AA-999 qeydiyyat nişanlı avtomobil "Black Sapphire" şirkətinə aiddir. Həmin şirkətin Rövnəq Abdullayevin olduğu bildirilir.

Eyni zamanda bu avtomobillə yanaşı 10-AA-999 və 99-AA-999 qeydiyyat nişanlı avtomobillər də Rövnəq Abdullayevə məxsusdur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az