“OBA market”ə cərimə protokolu YAZILDI

17:07 - 14 Mart 2022

“OBA market”ə cərimə protokolu YAZILDI

Azərbaycanda tanınmış marketə cərimə protokolu yazılıb.

 

Manset.az demokrat.az-a istinadən xəbər verir ki, “OBA market” MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 518.1-ci (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

İş hakim Anar Rzayevin icraatına verilib. Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.

Bu xətaya görə, fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az