Azərbaycanda bu icra başçısının köməkçisi SAXLANILDI

22:30 - 14 Mart 2022

Azərbaycanda bu icra başçısının köməkçisi SAXLANILDI

Göyçay Rayon İcra Hakimiyyətinin başçısının köməkçisi Vahid İsayev tutulub.

Manşet.az apa-ya istinadən xəbər verir ki, Vahid İsayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktı Baş Prokurorluğun Mətbuat Xidmətindən təsdiq ediblər.

Vahid İsayev ötən 15 il ərzində 5 icra başçısının köməkçisi vəzifəsində çalışıb.

Xatırladaq ki, bir neçə gündür Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi qanun pozuntuları ilə bağlı Göyçay Rayon İcra Hakimiyyətində yoxlama aparır.

Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bir müddət əvvəl işdən çıxarılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az