“Prezident hökumət qarşısında yeni vəzifələr və tapşırıqlar qoyub”.
Manset.az xəbərinə görə, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edərkən deyib.
Onun sözlərinə görə, hökumətin qarşısında fiskal dayanıqlılığın təmin edilməsi, biznes mühitinin yaxşılaşdırılması və struktur dəyişikliyinin sürətləndirilməsi, qlobal ərzaq bazarlarında bahalaşmanın mənfi təsirinin azaldılması, rəqəmsal inkişafın inkişafı və s. kimi məsələlər qoyulub.