“Gəncədən Şuşaya avtobuslar olsun” - TƏKLİF

15:33 - 15 Mart 2022

“Gəncədən Şuşaya avtobuslar olsun” - TƏKLİF

Gəncədən Şuşaya avtobus reysinin təşkil edilməsi təklif olunub.

 

Manset.az xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Naqif Həmzəyev parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı çıxış edib.

O xatırladıb ki, hazırda Bakıda Şuşaya avtobus reysləri təşkil edilir:

“Seçicilərimiz də bizə Gəncədən Şuşaya getmək istədiklərini dilə gətirirlər. Təklif edirəm ki, seçicilərimizin istəklərini nəzərə alaraq Gəncədən də Şuşaya avtobus reysi təşkil edilsin”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az