Azad edilən ərazidən 4 ton naqil oğurlayan "KamAZ" sürücüsü saxlanıldı

18:07 - 15 Mart 2022

Azad edilən ərazidən 4 ton naqil oğurlayan \"KamAZ\" sürücüsü saxlanıldı

Azad olunmuş ərazilərdən külli miqdarda elektrik naqili oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Manşet.az-a verilən məlumata görə, Qubadlı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində martın 13-də Balasoltanlı kəndi ərazisində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən şirkətlərdən birində işləyən A.Əliyevin idarə etdiyi “KamAZ” markalı avtomobil saxlanılıb.

Avtomobilə baxış zamanı 4 ton elektrik naqili aşkar edilib.

Araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az