Rusiya VPN xidmətlərini bloklayır

18:47 - 15 Mart 2022

Rusiya VPN xidmətlərini bloklayır

Rusiyada artıq 20-yə yaxın məşhur VPN xidməti bloklanıb və Roskomnadzor bu işi davam etdirmək niyyətindədir.

Manşet.az xəbər verir ki, bunu Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin sədri Aleksandr Xinşteyn bildirib.

“Roskomnadzor işləyir, VPN hər gün bloklanır, bu o qədər də asan iş deyil, amma icra olunur”, -deyə o qeyd edib.

Müvafiq məsələ “Meta” sosial şəbəkələrinin Rusiyada məhdudlaşdırılması barədəki müzakirələr fonunda qaldırılıb.

“Bu şəbəkədən (Instagram - red.) istifadəyə davam edən hər kəs bu və ya digər şəkildə VPN-dən, şəbəkə marşrutundan yan keçmək sistemindən istifadə edir”, - deyə Xinşteyn etiraf edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az