Ukraynadan azərbaycanlılar Türkiyəyə təxliyyə edildi - FOTOLAR

12:57 - 16 Mart 2022

Ukraynadan azərbaycanlılar Türkiyəyə təxliyyə edildi - FOTOLAR

Azərbaycan vətəndaşları Türkiyə Xarici İşlər Nazirliyinin səyləri ilə Ukraynanı tərk edərək Ədirnəyə daxil olublar.


Manset.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə ölkədən quru yolu ilə çıxarılan azərbaycanlılar Ədirnədəki sərhəd qapılarından Türkiyəyə gəliblər.


Kapıkule Sərhəd Qapısından içəri daxil olan Yaşar Əzizov onlara göstərilən dəstəyə görə Türkiyəyə minnətdar olduqlarını, onların Ukraynadan gəlişinə qədər bütün lazımi vasitələrin səfərbər edildiyini bildirib:

“Türkiyənin verdiyi maşınla gəldik. Allah Türkiyəni qorusun. Biz türk qardaşlarımızla birlikdə avtobusla gəldik”.


Yaşar Əzizov müharibənin başlaması ilə yaşadığı rayonda partlayışların baş verdiyini və çətin günlər yaşadıqlarını deyib.


Qızı və oğlu ilə Xarkovdan gələn Aqilə Xanəliyeva müharibənin ilk günündən bombalarla üzləşdiklərini və partlayışlardan qorunmaq üçün 6 gün sığınacaqda qaldıqlarını, Türkiyə sayəsində ölkədən çıxa bildiklərini, Türkiyə və Azərbaycanın “bir millət, iki dövlət” olduğunu, çətin anlarda Türkiyənin dəstəyini gördüklərini bildirib:

"Türkiyə bizi xilas etdi. Uşaqlarımla birlikdə sığınacaqda çox çətin günlər keçirdik. Raketlər, bombalar atılırdı. Türkiyəyə gəldiyimiz üçün çox xoşbəxtik. Türkiyə bizə qucaq açdı. Bizi döyüş meydanından bura gətirdi".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az