Prezident BMT ilə imzalanmış sazişi təsdiqlədi

20:55 - 16 Mart 2022

Prezident BMT ilə imzalanmış sazişi təsdiqlədi

Prezident İlham Əliyev “Azərbaycan Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı arasında Etimad Fondları Layihəsi Sazişi”nin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Manşet.az xəbər verir ki, sənədə əsasən, 2021-ci il dekabrın 20-də Paris şəhərində imzalanmış “Azərbaycan Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı arasında Etimad Fondları Layihəsi Sazişi” təsdiq edilib.

Bu Fərmanda göstərilən Saziş qüvvəyə mindikdən sonra Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatına bildiriş göndərməlidir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az