Prezidentin köməkçisindən azad olunmuş ərazilərdəki səhra missiyası barədə paylaşım

23:08 - 16 Mart 2022

Prezidentin köməkçisindən azad olunmuş ərazilərdəki səhra missiyası barədə paylaşım

“Aİ, BMT və Dünya Bankının birgə “Bərpa və sülh quruculuğunun qiymətləndirilməsi” komandası ilə səmərəli müzakirələr apardıq”.

Manşet.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviter səhifəsində etdiyi paylaşımda bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, səhra missiyası işğaldan azad edilmiş Ağdam, Füzuli və Cəbrayıl rayonlarında həyata keçirilib.

Azərbaycan Hökumətinin münaqişədən sonrakı yenidənqurma gündəliyinin səylərinə beynəlxalq ictimaiyyətin dəstəyi vacibdir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az