Ramiz Mehdiyev AMEA-ya niyə gəlib? - AÇIQLAMA

11:01 - 17 Mart 2022

Ramiz Mehdiyev AMEA-ya niyə gəlib? - AÇIQLAMA

Bir müddət əvvəl istefa ərizəsi yazan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin AMEA-ya gəlmə səbəbi məlum olub. 

 

Manset.az Oxu.Az-a istinadən xəbər verir ki,  AMEA-nın Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayeva bildirib ki, sabiq prezident akademiyanın həqiqi üzvüdür:

“Onun oraya gəlməsində qəribə bir hal yoxdur. Məndə olan məlumata görə, Ramiz müəllim ötən gün şəxsi əşyalarını götürmək üçün AMEA-ya gəlib”.

Qeyd edək ki, ötən gün R.Mehdiyevin AMEA-ya gəldiyi və iclas keçirdiyi barədə məlumat yayılmışdı.

Xatırladaq ki, fevralın 19-da AMEA-nın ümumi yığıncağında onun istefa ərizəsi qəbul edilib.

AMEA-nı tərk edən Ramiz Mehdiyev isə jurnalistlərin suallarını cavablandırmayıb və xidməti avtomobilə minərək oradan uzaqlaşıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az