Peyvənd olunanların sayı açıqlandı

18:46 - 17 Mart 2022

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 16 552 vaksin vurulub.

Bu barədə Manşet.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Gün ərzində birinci doza vaksinlərin sayı 818, ikinci doza vaksinlərin sayı 1 815 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 13 119-dur. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 800 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 320 490, birinci doza peyvəndlərin ümumi sayı 5 317 085, ikinci doza vaksinlərin sayı 4 809 138 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 2 972 338, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 221 929 olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az