İyuna qədər Qarabağda hidrometeoroloji stansiyalar quraşdırılacaq

17:15 - 18 Mart 2022

İyuna qədər Qarabağda hidrometeoroloji stansiyalar quraşdırılacaq

“Azərbaycanda meteorologiya sahəsində son illər çox ciddi tədbirlər davam etdirilir. Bizdə artıq respublikanın hidrometeoroloji müşahidə şəbəkəsi avtomatlaşdırılır”.

 

Manset.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, bu proqnozların keyfiyyətini artırmaq məqsədilə respublikanın 25 məntəqəsində müasir avtomat hidrometeoroloji stansiyalar quraşdırılır: “Eyni zamanda Qarabağ bölgəsində 11 stansiya quraşdırılacaq. Orada iyun ayına qədər artıq həmin stansiyaların quraşdırılması gözlənilir. Bütün bunlar proqnozların dəqiqliyinə xidmət göstərəcək”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az