Hacıqabulda "Hyundai" aşdı, polis əməkdaşı ağır yaralandı

18:22 - 20 Mart 2022

Hacıqabulda \"Hyundai\" aşdı, polis əməkdaşı ağır yaralandı

Hacıqabulda baş verən yol qəzasında polis əməkdaşı ağır yaralanıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul-Horadiz magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı Şirvan polis şöbəsinin polis nəfəri, Şirvan sakini 1988-ci il təvəllüdlü Yəhyayev Saməddin Sadıx oğlu idarə etdiyi "Hyundai" markalı avtomobili aşırıb. Nəticədə sürücü ağır xəsarət alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az