İçərişəhər və Qala qoruqlarında ailəvi Novruz günləri keçirilir.
Manset.az xəbər verir ki, İçərişəhərin sakinləri, ağsaqqalları başda olmaqla Baharın gəlişini və təbiətin yenidən oyanışından xəbər verən Novruz tonqalını qalayıblar.
Bayram günlərində İçərişəhərə təşrif buyuran qonaqlara və sakinlərə bir-birindən maraqlı, xoş əhval-ruhiyyəli anlar yaşadılır və əyləncəli ailəvi tədbirlər təqdim olunur.
Eyni zamanda, Qala Qoruğunda milli-mədəni dəyərlərimizi özündə birləşdirən qədim sənət nümunələrimiz sərgilənir, ustad təlimləri təşkil edilir.
Bayram tədbirlərinin yüksək səviyyədə təşkili və tənzimlənmısi prosesində Regional İnkişaf İctimai Birliyinin (RİİB) könüllüləri yaxından iştirak edirlər.
Bayram günlərini xoş, yaddaqalan keçirmək istəyən paytaxt sakinləri və şəhərimizin qonaqları mart ayının 27-ə kimi İçərişəhərə və Qalaya təşrif buyuraraq ailəvi şəkildə bayram tətillərini əyləncəli, maarifləndirici və səmərəli keçirə bilərlər.