Ağacları zədələyən şəxs cəzalandırıldı

13:30 - 21 Mart 2022

Ağacları zədələyən şəxs cəzalandırıldı

Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 4/6 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb.

 

Xidmət rəsmisi Vaqif Cavadov Manset.az-a bildirib ki, araşdırma zamanı sözügedən ünvanda Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən 4 ağacın aqrotexniki qaydalara uyğun olmadan sərt budandığı məlum olub.

"Budama işlərinin düzgün  aparılmamasına görə Birliyin sahə rəisi İlkin Abdullazadə barəsində qanunamüvafiq tədbirlər görülüb".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az