Zaur Nəbioğluna şiddətli töhmət verilib? - ATV-dən açıqlama 

14:55 - 25 Fevral 2026

Zaur Nəbioğluna şiddətli töhmət verilib? - ATV-dən açıqlama 

Sosial şəbəkələrdə və bəzi media subyektlərində yayımlanan məlumata görə, ATV-də yayımlanan "Rəngarəng" verilişinin aparıcısı Zaur Nəbioğluna (ATV) şiddətli töhmət verilib. Eyni zamanda qeyd edilib ki, aparıcının verilişinə  çağırılan qonaqların seçimi bundan sonra daha diqqətlə aparılacaq. 


Manset.az Azxeber.com-a istinadən xəbər verir ki, telekanalın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ozal İbrahimli bildirib ki, hər hansı aparıcıya töhmət verilməsi telekanalın daxili prosedurudur: 

"Hər hansı bir əməkdaşın mükafatlandırılması və yaxud cəzalandırılması, həmçinin görülən tədbirin hansı səbəbdən olması hər bir təşkilatın daxili inzibati idarəetmə prosedurları ilə tənzimlənən məsələdir". O eyni zamanda son günlər sosial şəbəkələrdə bayağı verilişlərlə bağlı tənqidlərdən sonra telekanalda hər hansı dəyişiiklik edilib-edilmədiyi sualını da cavablandırıb:  "Kanalımızda veriliş formatlarının dəyişilməsi, yenilənməsi və yaxud hansısa başqa yaradıcı proseslər isə hər zaman aparılır".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az