Polisin öldüyü qəza ilə bağlı DİN-dən AÇIQLAMA (FOTO)

14:21 - 21 Mart 2022

Polisin öldüyü qəza ilə bağlı DİN-dən AÇIQLAMA (FOTO)

 

Daxili İşlər Nazirliyi Hacıqabul rayonunda polis əməkdaşının öldüyü yol qəzası ilə bağlı məlumat yayıb.

 

DİN-in Mətbuat xidmətindən Manset.az-a verilən xəbərə görə, martın 20-si saat 17 radələrində Hacıqabul rayonunun Ağacanlı kəndi ərazisində Saməddin Yəhyayev idarə etdiyi “Hyundai” markalı avtomobili aşırıb. Nəticədə sürücü aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada vəfat edib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Polisin öldüyü qəza ilə bağlı DİN-dən


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az