Qəbələyə 60 sm qar yağdı - VİDEO

14:31 - 21 Mart 2022

Qəbələyə 60 sm qar yağdı - VİDEO

“Qəbələ rayonu ərazisindən axan Bum çayının hövzəsində qarölçmə işlərini davam etdiririk. Bu ərazidə duman müşahidə olunur və qar yağır. Hazırda qarın hündürlüyü 40 sm-dir”.

 

Bu barədə Manset.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev məlumat verib.

Onun sözlərinə görə, bəzi yerlərdə qarın hündürlüyü 50-60 sm arasında dəyişir.

A.Verdiyev bildirib ki, qarölçmə işlərinə martın 9-dan başlanılıb. Respublika çaylarında yaz-yay gursululuq dövrünün proqnozlaşdırılması məqsədilə Böyük Qafqazın dağlıq ərazilərində hazırda qarölçmə işləri davam edir.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az