Atmosfer havasının keyfiyyət göstəriciləri yüksəldi

12:25 - 22 Mart 2022

Atmosfer havasının keyfiyyət göstəriciləri yüksəldi

Mart ayının ikinci ongünlüyündən başlayaraq küləkli və yağıntılı günlərin üstünlük təşkil etməsi havada oksigenin miqdarının artmasına, Bakı, Sumqayıt və Gəncə şəhərlərində havanın keyfiyyət göstəricilərinin yaxşılaşmasına şərait yaradıb.

 

Bunu Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova Manset.az-a bildirib.

Onun sözlərinə görə, Bakı şəhərinin Xətai, Nizami, Səbail, Nərimanov  rayonları ərazisində, Sumqayıt və Gəncə şəhərlərində fəaliyyət göstərən avtomatik stansiyalardan əldə olunan məlumatlara əsasən mart ayında havada qaz qarışıqlarının və toz hissəciklərinin miqdarı norma daxilində olub.

“Yaxın günlərdə fasilələrlə az yağıntılı və küləkli hava şəraitinin proqnozlaşdırıldığını nəzərə alsaq, mart ayının sonunadək havanın keyfiyyət göstəricilərinin yaxşı olacağı gözlənilir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az