Qarabağda alovlandırılan Novruz tonqalları quruculuq əhval-ruhiyyəsini daha da yüksəldir - Aydın Hüseynov

10:57 - 23 Mart 2022

Qarabağda alovlandırılan Novruz tonqalları quruculuq əhval-ruhiyyəsini daha da yüksəldir - Aydın Hüseynov

 “30 illik həsrətdən sonra doğma Qarabağımızda Novruz bayramı qeyd edilir, Novruz süfrsəi açılır, tonqallar qalanır və bu qüruru xalqımıza yaşadan Ali baş Komandan İlham Əliyev və igid əsgərlərimizə hər birimiz borcluyuq. Artıq tarixi Zəfərdən sonra Cənab Ali Baş Komandan İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyeva Novruz bayramını azad edilmiş ərazilərimizdə qeyd edir. Novruz ərəfəsində, təbiətin oyanışının coşqusunu  yaşadığımız bu bayram günlərində Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Qarabağa növbəti səfəri xüsusi rəmzi məna daşıyır. Ötən il Cənab Prezident və ailə üzvləri əziz Npvruz bayramı günlərində Şuşada, Cıdır düzündə bayram tonqalını alovlandırmış və xalqımıza xoş arzularını çatdırmışdı. Bu hadisə bütün həmvətənlərimizin hədsiz sevincinə səbəb olmuş, dövlət başçısının Şuşadan bayram təbriklərini fərəhlə qəbul etmişdi. İndi isə Novruz tonqalını Suqovuşanda alovlandıran Prezident İlham Əliyev xalqına yenidən müraciət edərək bir daha ən ülvi arzularını çatdırdı. Bu onu göstərir ki, Qarabağ Cənab Prezident üçün hədsiz doğma cə əziz ünvandır, ən əziz bayramları azad edilmiş torpaqlarda qeyd etməklə milli-mənəvi dəyərlərimizə, adət-ənənlərimizə sız bağlı olduğunu göstərir”.

Manset.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.

A.Hüseynov bildirib ki, Qarabağda 30 ildən sonra müqəddəs və ən əziz bayramımız olan Novruz ənənələrinin bərpa olunması həm də azad edilmiş torpaqlarımızda həyatın qaynadığını, quruculuq-bərpa işlərinin daha da ruh yüksəkliyi ilə irləlilədiyini görürük. “Cənab Prezidentin Novruz bayramı günlərində Qarabağa səfəri zamanı yeni obyektlərin açılışı və əsasının qoyulmasının şahidi olduq. Dövlət başçısı uzun illər baxımsız qalmış, faşist erməni terroizminin dasğıntılarına məruz qalmış Suqovuşana yeni həyat, quruculuq ab-havası gətirdi, Suqovuşan qəsəbəsindəki tam orta məktəbin binasının əsaslı təmiri üçün tapşırıqlarını verdi, yeni məscidin təməlini qoydu. Suqovuşana işıq, həyat gətirən elektrik infrastrukturunun, 35 kilovoltluq müasir izolyasiyalı kabel xəttinin açılışını təqdim etdi. Suqovuşan qəsəbəsində fərdi evlərdə aparılmış təmir-bərpa işləri ilə tanış oldu. Ermənilərin dağıtdığı bu evlər əsaslı təmir olunaraq öz doğma sakinlərini qəbul etməyə hazırdır. Bütün sosial və kommunla infrastrukturla təchiz edilmiş bu evlərin istifadəyə verilməsi Novruz günlərində sakinlər üçün ən böyük hədiyyə hesab oluna bilər”.

Millət vəkili qeyd edib ki, Cənab Ali Baş Komandan həm də ikinci ildir ki, Novruz bayramında hərbçilərimizin yanında olur, onlarla birgə bayram sevincini yaşayır. “Cənab Prezidentin yetişdirdiyi müasir Ordumuz, hərbçilərimizlə birgə Novruz bayramında  qədim və tarixi torpaqlarımızda bir olması bayram ovqatını daha da yüksəldir. Xüsusilə də bu əziz günlərdə Suqovuşanda Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışı əlamətdar hadisə kimi mühüm əhəmiyyət kəsb edir. Bu, Azərbaycan Ordusunun azad edilmiş ərazilərdə həm ən müasir hərbi-sosial təminatlarını yaxşılaşdırmaqla əhavl-ruhiyyəsini  artırır, həm də döyüş ruhunu yüksəldir”.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az