Astaranın bu kəndinə qarladı - yollar bağlandı - VİDEO

15:20 - 24 Mart 2022

Astaranın bu kəndinə qarladı - yollar bağlandı - VİDEO

Astara rayonun Sım kəndinə güclü qar yağıb.

 

Manset.az Bakıpost.az-a istinadən xəbər verir ki, 5 gündür yağan qar yolların bağlanmasına səbəb olub.

Kəndin içində hərəkət qismən mümkün olsa da, marşrutların hərəkəti tamamilə dayanıb.

Kənd sakinləri bildirirlər ki, qar görmək üçün Sım kəndinə gələn turistlərin sayı son günlərdə 2 dəfə çoxalıb.

Qeyd edək ki, Astara rayonunun dilbər guşələrindən biri olan Sım kəndi rayon mərkəzindən 45 kilometr uzaqda, ucqar dağlıq ərazidə, dəniz səviyyəsindən 800 metr hündürlükdə yerləşir. “Sım” sözü talış dilində “sıldırım”, “hündür” mənasındadır. Azərbaycanın qədim yaşayış məskənlərindən olan Sım kəndi sanki açıq təbiət muzeyidir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az