Göygöldə nadir hadisə - su buz bağladı (FOTO)

15:38 - 24 Mart 2022

Göygöldə nadir hadisə - su buz bağladı (FOTO)

“Havaların soyuq keçməsi nəticəsində Göygölün suyu donaraq buz bağlayıb”.

 

Manset.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Firuddin Əliyev bildirib.

“Hazırda gölün üzərində 2-3 sm qalınlığında buz qatı yaranıb ki, bu da son illərin nadir təbiət hadisələrindəndir”.

F.Əliyevin sözlərinə görə, bahar fəslində Göygölün üst hissəsinin donması turistlərin də böyük marağına səbəb olub: “Yaz dövründə çox az hallarda qeydə alınan bu mənzərəni görmək üçün ziyarətçilərin sayı da artıb”.

 



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az